AZ

İcra Hakimiyyətinin vəzifəli şəxsinə "stop" qoyuldu

Sabirabad Rayon İcra Hakimiyyəti yanında Mənzil-İstismar Sahəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun məlumatına görə, 8 ay əvvəl MİS rəisi təyin olunan Sadıqov Yusif Ağakərim oğlunun Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 10510.96 AZN vergi borcu yaranıb.

 

Vergi borcunu 5 gün müddətində ödəmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə Yusif Sadıqova xəbərdarlıq edilib.

 

Məhkəmənin qərarı ilə 1981-ci il təvəllüdlü sahə rəisi sözügedən xəbərdarlığı yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Tarix: 13 Avqust 2025, 18:50   
Seçilən
4
4
pravda.az

5Mənbələr