AZ

“Zəngəzurda rus sərhədçiləri durur, bunu nəzərə almaq lazımdır” — Rusiya XİN-dən reaksiya

Zəngəzur bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən orada Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır.

AzPost bildirir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib.

Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişlərini aktual  hesab edir. Çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb.

“Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib ki, “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənir,  hələlik ictimaiyyətə açıqlanmayıb…”

“Biz həmçinin bildirdik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvlüyünü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Onlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarların qəbulu zamanı nəzərə alınmalıdır”, – Fadeyev əlavə edib.

Seçilən
31
1
demokrat.az

2Mənbələr