AZ

CHP sədri Kamal Kılıçdaroğluya replka atdı, Ərdoğaan mesaj verdi: "Onun xətrinə dəyməmək üçün..."

CHP lideri Özgür Özəl AK Partiyaya keçəcəyi artıq dəqiqləşən Aydın Böyükşəhər Bələdiyyə sədri  Özlem Çerçioğlu ilə bağlı sabiq sədr Kamal Kılıçdaroğluna mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, seçki vaxtı Aydından onun deyil, başqa şəxsin namizədliyini irəli sürməyi düşündüyünü deyib.

Lakin son anda Kamal Kılıçdaroğlunun araya girərək Özlem xanımın namizədliyinə israr etdiyinə işarə vurub: "İlk bələdiyyə başqanı namizədliyinə onun adı elan olundu. Niyə? Kamal bəyi incitməmək, xətrinə dəyməmək üçün".

O, daha sonra Aydın bələdiyyəsini Ərdoğanın ələ keçirmək yöntəmini tənqid edib: "İndi biz yeni mərhələdəyik. Özlem Çerçioğlu adlı filmdə "Bir çox CHP-lilərin həbsində əsas rolu oynayan "Siz də Aziz İhsan Aktaşla çalışmısınız. Ya həbsə, ya da mənim partiyama qoşulun", - deyilib. Onu belə təhdid edib Ərdoğan. Özlem Çerçioğlu günahsız olduğunu iddia edir, amma belə haqsız tələbə boyun əymədən həbsə girənlərimiz çox oldu, lakin Özləmxanım o qətiyyəti göstərə bilmədi. Tayyib Ərdoğan. Aydını da belə ələ keçirməyi necə rəva görürsən? Darıxmayın, növbəti seçkidə yenə Aydın sizdən geri alacağıq"

Firudin Səfərli
MİA.AZ

Seçilən
3
1
mia.az

2Mənbələr