525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İranın 18 əyalətindəki dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün tətil elan edilən bölgələrin siyahısında Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlburz, Mərkəzi, Gülüstan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan əyalətlərindəki dövlət qurumları yer alıb.
Qeyd edək ki, paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik enerjisi kəsilir.
Məhəmməd Tağıyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.