BAKI, 13 avqust. TELEQRAF
Volodimir Zelenski Alyaskada Rusiya-ABŞ sammitindən sonra Ağ Ev rəhəbrəi Donald Trampla telefon danışığı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə o, Tramp və Avropa liderləri ilə video danışıqdan sonra verdiyi açıqlamada qeyd edib.
"Tramp mənə təklif etdi ki, Alyaskadakı görüşdən sonra onunla əlaqə saxlayaq. Bütün nəticələri müzakirə edəcək və növbəti qarşılıqlı addımlarımızı müəyyənləşdirəcəyik", o, bildirib.
Qeyd edək ki, Tramp avqustun 8-də Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib. Daha sonra danışıqlar planını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib.