ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Şamaxıda ağır avtomobili qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.