AZ

Şamaxıda ağır qəza oldu - Ölən və yaralananlar var

Şamaxıda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupunda bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.

Seçilən
37
17
unikal.az

10Mənbələr