Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) ilk dəfə yoluxanların sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində dərc olunub.
Məlumata görə, 2024-cü ildə ilk dəfə İİV-ə yoluxanların sayı 2023-cü illə müqayisədə artaraq 1152-ə çatıb. 2023-də isə bu rəqəm 886 nəfər olub.
Statistik rəqəmlərdən görünür ki, ümumilikdə Azərbaycanda İİV-in törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olanların sayında da artım var.
2024-cü ildə tibb müəssisələrinə bu xəstəliklə müraciət edənlərin sayı 11 844 nəfər təşkil edibsə, 2023-cü ildə isə bu göstərici 10 692 nəfər olub.
2024-cü ildə 18 yaşına çatmamış 3 nəfərdə İİV aşkarlanıb.
Qeyd edək ki, əvvəlki illərdə bu rəqəm 1 nəfər təşkil edib.