AZ

Zelenski: "Putinin sanksiyalara əhəmiyyət verməməsi blefdir"

Ukrayna prezidenti Volodimir Zelenski Donbas regionu ilə bağlı mövqeyinin dəyişmədiyini deyib.

Moderator.az xəbər verir ki, Ukrayna lideri Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı istənilən məsələnin Ukrayna xalqının maraqları nəzərə alınmadan və konstitusiyanı əsas götürmədən müzakirə oluna bilməz.

Zelenski ABŞ prezidenti ilə onlayn görüşündə Putinin sanksiyalara əhəmiyyət verməməsinin blef olduğunu deyib.

Ukrayna lideri vurğulayıb ki, Rusiyanın Ukraynanın NATO istiqamətində atdığı addımlara veto qoymağa haqqı olmamalıdır.

Zelenski Alyaskada keçiriləcək görüşdə Putinin atəşkəslə razılaşmayacağı təqdirdə Rusiyaya sanskiyaların artırılmalı olduğunu bəyan edib.

O qeyd edib ki, Ukrayna ilə əlaqəli olan istənilən məsələ Ukrayna ilə müzakirə olunmalıdır.

Seçilən
3
8
moderator.az

9Mənbələr