AZ

"Neftçi"nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar VİDEO

Bakı, 13 avqust, AZƏRTAC

Yeni mövsüm bizim üçün uğurlu olsun. Azərbaycan mətbuatının 150 illiyi münasibətilə hər kəsi təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer Misli Premyer Liqasında yeni mövsümün startından öncə təşkil edilən brifinqdə deyib.

O, yeni mövsümdə uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Birlikdə daha yaxşı olacağıq. Artıq Futbol Mərkəzimiz də hazırdır. "Neftçi" olaraq daha yaxşı yerlərdə olmaq istəyirik. Baş məşqçimizin istədiyi oyunçuları komandaya cəlb etmək niyyətindəyik. Bu yolda maliyyə hesabatlarını da diqqətdə saxlayırıq. Ötən mövsüm bəzi problemlərimiz oldu. Keçən ildəki matçları təhlil etdik. Skaut heyətimizi möhkəmləndirdik”.

Klub rəsmisi bildirib ki, indi çempionluq haqqında danışmaq tez olar.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının ilk turunda avqustun 16-da doğma meydanda “Şamaxı” ilə qarşılaşacaq.

Seçilən
118
azertag.az

1Mənbələr