AZ

Azərbaycandan Ukraynaya növbəti YARDIMVİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

Xezerxeber.az xəbər verir ki, ölkəmizdən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən göndərilib.

Bildirilib ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilir.

Növbəti humanitar yardım karvanı 9 TIR-dan ibarətdir və bunlar da yaxın günlərdə Ukraynaya yola salınacaq.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib ki, Ukrayna göndərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr