AZ

"Abituriyent bu il universitetə qəbul ola bilməyibsə, dünyanın sonu deyil"

Ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Ancaq bəzi nüanslar hələ də müzakirə olunur. İmtahanlarda ən yüksək bal toplayanların sayı artıq məlumdur. 

Aşağı nəticə göstərib, ali məktəbə girə bilməyənlər də  az deyil. İmtahanlardan sonra intihar faktları əvvəlki illərdə də qeydə alınıb.
Bu ildə analoji hal yaşanıb.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ali məktəbə daxil ola bilməyən bütün abituriyentlərin heç də hamısı intihara cəhd etmirlər:

"Gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin müəyyən basqılarıdır. Bu da özünü gözləntilər formasında büruzə verir. Həmin gənc də imtahanlarda yetəri qədər bal toplaya bilməyəndə, bu kimi hallar psixoloji problemlərə təkan verir. Hər zaman qeyd edirik ki, qəbul imtahanlarında valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Çalışmaq lazımdır ki, övladlarına bir insan kimi yanaşsınlar. Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var.Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətdir”.

Sevinc

Seçilən
5
hit.az

1Mənbələr