AZ

“Su, vallah gəlmir, su üzünə həsrətik" – Gəncədə sakinlər susuzluqdan əziyyət çəkirlərVİDEO

"Gəlmir bax su, vallah gəlmir. Su üzünə həsrətik."

Xezerxeber.az xəbər verir ki, 70 yaşlı Nəzakət Qurbanova Gəncənin Cavadxan qəsəbəsində isti yay günlərində su ilə sınağa çəkilən onlarla sakindən biridir. Ərazidə yaşayan bir neçə küçənin sakinləri kimi o da suyun xeyli müddətdir verilmədiyini deyir.

Sakinlər su ehtiyacının daha da çoxaldığı yay günlərində vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif üsullara əl atırlar.

Gəncə Sukanal İdarəsindən isə bildirdirlər ki, problem qəza ilə bağlı yaranıb və artıq aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr