AZ

Britaniya XİN rəhbəri və ABŞ vitse-prezidenti qanunsuz balıq ovuna çıxdılar

BAKI, 13 avqust. TELEQRAF

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-nin vitse-prezidenti J.D.Venslə qanunsuz balıq ovuna getdiyini etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

D.Lemmini buna görə 2500 funt sterlinqə (təx.698 manat) qədər cərimə gözləyə bilərdi. Lakin o, balıq ovundan sonra lazımi lisenziyanı alıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildiriblər ki, ötən həftə "Chevening House"-da keçirilən diplomatik tədbir zamanı özəl göl üçün tələb olunan balıq ovu lisenziyası vaxtında verilməyib və XİN bu inzibati xətaya görə Ətraf Mühit Agentliyinə məktub yazıb.

Qeyd edək ki, ABŞ vitse-prezidenti C.D.Vens Britaniyada tətilinin ilk günlərini ölənin XİN rəhbərinin bağ evində keçirib. Orada siyasətçilər balıq tutub və sonra onları yenidən gölə buraxıblar.

Ətraf Mühit Agentliyindən bildirilib ki,məsələ həll olunub və ovçuları heç bir cərimə gözləmir.

Seçilən
1
teleqraf.com

1Mənbələr