AZ

EMTA məqsədlərini AÇIQLADIVİDEO

Kommunal xidmətlərə nəzarət və onların dahada təkminləşdirilməsi, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək... Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət istqiaməti məhz bunları özündə ehtiva edir...

Bununla yanaşı Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir. İstehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir, energetika subyektləri və istehlakçılar arasında mübahisələrə və şikayətlərə baxır.

Agentliyə istehlakçıların hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı 2024-cü il ərzində 7931, 2025-ci ilin ilk 6 ayı ərzində 3976 müraciət daxil olub.

Bütün bu tədbirlərin effektiv həyata keçirilməsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir, qabaqcıl təcrübənin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirir, eləcə də müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
10
xezerxeber.az

1Mənbələr