AZ

Konfrans Liqası: Türkiyə klubu növbəti mərhələdə

BAKI, 13 avqust. TELEQRAF

UEFA Konfrans Liqasında bu gün 1 oyun keçirilib.

Teleqraf xəbər verir ki, İstanbulda yerli “Başakşəhər” klubu Norveç “Vikinq”ini qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk oyunda səfərdə 3:1 hesabı ilə qələbə qazanan Türkiyə təmsilçisi iki matçın nəticəsinə görə pley-off mərhələsinə vəsiqə qazanıb.

“Başakşəhər” növbəti mərhələdə “Universitatya Krayova” (Rumıniya) – “Spartak Trnava” (Slovakiya) görüşünün qalibi ilə qarşılaşacaq. Rumıniyada keçirilən ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb. Təkrar oyun sabah Slovakiyada baş tutacaq.

Seçilən
14
teleqraf.com

1Mənbələr