AZ

KİV: Tramp Ukraynada cəbhə xəttinin dondurulmasını təklif edib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Avropa liderləri və Volodimir Zelenski ilə videokonfrans vasitəsilə danışığı zamanı Ukraynada cəbhə xəttinin dondurulmasını və əlavə ərazi mübadiləsinin aparılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Tramp cəbhə xəttinin böyük hissəsini olduğu yerdə dondurmağı və əlavə ərazi mübadiləsi aparmağı təklif edib. Lakin bu, beynəlxalq tanınma almayacaq de-fakto sərhədlərə çevrilə bilər.”, - məqalədə deyilir.

Portalın məılumat aldığı mənbə bildirib ki, Tramp çıxışı zamanı Avropa liderlərinə özünün bu regiondan olmadığını və ərazi ilə bağlı heç bir yekun qərar verə bilməyəcəyini desə də, böhranın həlli üçün razılığa gəlmək məqsədilə ərazi mübadilələrinin aparılmasını zəruri hesab etdiyini açıqlayıb.

Mənbə onu da bildirib ki, ABŞ prezidenti bu məsələlərin Rusiya və Ukrayna arasında müzakirə edilməli olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
apa.az

3Mənbələr