Mağazaya girən şəxs masanın yanında durub özünü müştəri kimi aparır. O, satıcının digər müştərilərə başının qarışdığını görüb, tez stolun üstündə olan bahalı telefonu götürərək arxa cibinə qoyur və dərhal oranı tərk edir. Bütün bunlar mağazadakı təhlükəsizlik kameralarına da düşüb.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində ''Sədərək'' ticarət mərkəzindəki mağazalardan birində baş verib.
Zərərçəkmiş satıcı Kamandar Babayev deyir ki, həmin telefon və üzərindəki nömrə mağazaya məxsus olub.
Kamandar Babayev deyir ki, həmin telefonla müştərilərlə danışıqlar aparır, onlara kredit şərtləri barədə məlumatlar verirmiş. Zərərçəkmiş hadisədən dərhal sonra polisə də xəbər verib.
Məsələ ila bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, vətəndaşın müraciəti ilə bağlı müvafiq polis orqanlarında araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.