AZ

"Putinin Valdaydakı iqamətgahı ətrafına 12 "Pantsir" HHM sistemi yerləşdirilib" - "Azadlıq Radiosu"

"Rusiya liderinin Valday gölü sahilindəki dəbdəbəli iqamətgahının yeni görüntüləri onun gizli həyat tərzini üzə çıxarır..."

Rusiyanın Novqorod vilayətində, Valday gölü sahilində yerləşən Vladimir Putinin şəxsi "Ujin" ("Şam yeməyi") iqamətgahı ətrafında azı 12 ədəd hava hücumundan müdafiə kompleksi qurulub.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.

Müdafiənin miqyası

Məlumatda deyilir ki, bu kompleks əsasən "Pantsir-S1" tipli zenit-raket-artilleriya sistemləridir. Bu sistemlər təyyarələr, helikopterlər, dronlar və qanadlı raketlərə qarşı müdafiə məqsədilə nəzərdə tutulub.

Yeni mövqelər peyk görüntülərində və "Yandex" xidmətindəki fotolarda aşkarlanıb. İlk dəfə 2023-cü ilin yanvarında burada HHM sistemi qeydə alınıb, 2024-cü ilin iyulunda ikinci qurğu əlavə olunub, 2025-ci ilin avqustuna isə say 12-yə çatıb.

Maraqlıdır ki, Moskva və ətrafını qorumaq üçün cəmi 5 dəfə artıq - 60 mövqe yerləşdirilib. Bu, Valdaydakı obyektin Kreml üçün strateji əhəmiyyətini göstərir.

Kabaeva amili və iqamətgahın əhəmiyyəti

Araşdırmalara görə, "Ujin" iqamətgahı Putinlə uzunmüddətli əlaqədə olduğu iddia edilən gimnast və "Milli Media Qrupu"nun rəhbəri Alina Kabaevanın əsas yaşayış yeridir. O, burada Putindən olduğu deyilən azyaşlı oğulları İvan və Vladimirlə birlikdə ilin çox hissəsini keçirir. 2023-cü ildə "Proyekt: araşdırma mərkəzi Kabaevaya yaxın xüsusi bir evin tikildiyini və oraya ayrıca dəmir yolu xəttinin çəkildiyini müəyyən edib.

"VÇK-OQPU" "Teleqram-kanalı"nın məlumatına görə, ilk "Pantsir:lər Sankt-Peterburqdan gətirilib. Bu səbəbdən şəhərin hava müdafiəsi zəifləyib və Ukrayna ordusu həmin istiqamətdəki enerji obyektlərinə uğurlu dron hücumları həyata keçirə bilib.

İqamətgah həm də Putinin şəxsi əyləncə məkanı kimi tanınır. Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu burada prezidentin qapalı musiqili məclislər keçirdiyini və xüsusi qonaqları qəbul etdiyini açıqlamışdı.

Digər prezident obyektlərində HHM sistemlərinin yerləşdirilməsi

2022-ci ilin sonlarından etibarən Putinlə bağlı müxtəlif obyektlərin ətrafına "Pantsir" sistemləri yerləşdirilməyə başlanıb. Ukrayna Silahlı Qüvvələrinin Saratovdakı "Engels" və Ryazandakı "Dyagilevo" hərbi hava limanlarına zərbələrindən sonra, bu komplekslər digər vacib obyektlərdə də yerləşdirilib.

O cümlədən Kremlin yaxınlığındakı binalara, "Novo-Ogarevo" iqamətgabının 10 km-liyinə, Soçidəki "Boçarov Ruçey" iqamətgahına, Krasnaya Polyana dağ-xizək mərkəzinə də yerləşdirilib. Ekspert Konstantin Krivolapın sözlərinə görə, "Pantsir-S1" sistemləri bəzi hallarda, xüsusilə kiçik hədəfli Ukrayna dronlarına qarşı effektiv deyil, çünki onları radarda kifayət qədər aydın "görmür".

Seçilən
35
moderator.az

1Mənbələr