Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gəncədə 27 yaşlı kişi kəsici alətdən xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospketi ərazisində qeydə alınıb. Belə ki, Göygöl rayon sakini 1998-ci il təvəllüdlü Ə.Həsənov qollarının çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. 27 yaşlı kişini hansı şəraitdə kəsici alətdən xəsarət alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.