Sürücü qaydanı pozmadan cərimələndiyini iddia edir.
Xezerxeber.az xəbər verir ki, söhbət Ucar rayon sakini Əlibala Əsgərovdan gedir. O, iddia deyir ki, nəqliyyat vasitəsi alternativ yolla getdiyi halda, Bakı-Qazax yolunda əks istiqamətli hərəkət zolağına çıxmasına dair cərimə gəlib.
Əlibala Ələsgərov deyir ki, yoldan mütəmmadi istifadə edir. İlk dəfədir ki, belə bir halla qarşılaşır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarənin baş inspektoru Elvin Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən baş verən qayda pozuntusu foto və video funksiyasına malik xüsusi texniki vasitəsinin köməkliyi ilə aşkar edilib. Bu zaman texniki xəta səbəbindən şəxs barəsində yalnış elektron qərar çıxarılıb.
Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.