AZ

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

"Turan Tovuz" futbolçusu Alexandro Serrano ilə müqavilə yeniləyib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək qərb təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, sözügedən futbolçu "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub.

Seçilən
41
fanat.az

1Mənbələr