AZ

İki vəkilə xəbərdarlıq edildi, birinin isə fəaliyyəti müvəqqəti dayandırıldı

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Publika.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

İclasda vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və borcların silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Seçilən
75
17
publika.az

10Mənbələr