525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransanın paytaxtı Parisdə hava limanının əməkdaşı qəribə səbəbdən işdən uzaqlaşdırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs İsrail hava yolu şirkətinə məxsus təyyarənin heyəti ilə ratsiya vasitəsilə danışığında “Azad Fələstin” dediyi üçün vəzifəsindən kənarlaşdırılıb.
Fransanın nəqliyyat naziri Filip Tabaro İsrail hava yolu şirkəti “El Al”ın şikayəti əsasında başlanmış araşdırmanın başa çatdığını bildirib.
Tabaro qeyd edib ki, əməkdaş yeni əmr verilənədək işdən uzaqlaşdırılıb.
Ləman İlkin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.