Idmanxeber.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan yığmasını çalışdırmaq təklifini qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, alman mütəxəssis təklifi bir neçə gün dəyərləndirsə də, nəzakətlə imtina edib və tərəflər arasında görüş baş tutmayıb.
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. Löv isə Almaniyaya 2014-cü ildə dünya çempionluğu qazandırıb və 2021-ci ildən işsizdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.