AZ

Tramp Putinlə görüşdən dərhal sonra Zelenski ilə üçlü görüş təşkil etmək istəyir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton, 13 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə Putinin görüşməsini istəyir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp Avropa liderləri və Zelenski ilə virtual görüşdən sonra açıqlayıb. O, bunun ilk görüşün uğurlu olmasından asılı olduğunu qeyd edib.

“Əgər Putinlə görüş uğurlu olarsa, biz dərhal ikincini təşkil edəcəyik. Mən bunun təxirə salınmadan dərhal olmasını istərdim. Əgər onlar da orada olmağımı istəsələr, Prezident Putinlə Prezident Zelenski arasında dərhal ikinci görüşümüz olacaq”, -deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
4
azertag.az

5Mənbələr