"Real Madrid"in müdafiəçisi Lukas Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.az xəbər verir ki, ispaniyalı ulduz “Beşiktaş”a menecerlər vasitəsilə təklif olunub.
Bu barədə məlumatı "Sabah" yayıb.
Məlumata görə, “qara-qartal” rəhbərliyi 34 yaşlı oyunçuya 1 illik müqavilə təqdim etməyi planlaşdırır. Lakin Vaskes təklifin şərtlərinə, xüsusilə də müqavilənin müddətinə diqqət yetirmək niyyətindədir. Əgər anlaşma 1 ildən çox uzadılarsa, futbolçunun təklifi dəyərləndirəcəyi vurğulanıb.
Tərəflər arasında ilkin təmaslar artıq başlayıb və yaxın günlərdə danışıqların gedişatı ilə bağlı yeni detalların üzə çıxması gözlənilir.
Kamil Xudiyev