AZ

Sənan Muradlı “Şamaxı”da!

“Sumqayıt”ın sol cinah müdafiəçisi Sənan Muradlı 2025/2026-cı illər mövsümündə “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bölgə təmsilçisi Muradlını icarə müqaviləsi əsasında heyətinə qatıb. 19 yaşlı müdafiəçi növbəti mövsümün sonuna kimi “Şamaxı”da çıxış edəcək.

Sənan Muradlı “Sumqayıt”ın öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında 12 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycanın U-17, U-19 yığmalarında oynayıb, hazırda isə U-21-ə dəvət alır.

“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu və Səlim Həşimovu da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar. Kamal Bayramov (karyerasını başa vurub), Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov, Səbayıl Bağırov və Sahib Həsənov isə komandanı tərk ediblər.

Seçilən
11
1
arena.az

2Mənbələr