AZ

Ederson “Mançester Siti”dən “Qalatasaray”a keçə bilər

“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, “Qalatasaray” bir neçə həftə əvvəl  31 yaşlı qolkiper ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.

İndi isə İstanbul təmsilçisi İngiltərə klubuyla rəsmi danışıqlara başlayıb. Tərəflər arasında ilkin görüşlər artıq başlayıb. Hələlik yekun razılıq əldə olunmayıb, amma vasitəçi kimi oyunçunun agenti Corc Qardi danışıqları idarə edir.

Məşhur Transfermarkt portalı braziliyalının qiymətini 20 milyon avro qiymətləndirir.

Seçilən
77
39
90deqiqe.az

10Mənbələr