AZ

KL: İlk pley-offçunun adı Türkiyədə müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürüb.

Fanat.Az xəbər verir ki, pley-offa təsnifat mərhələsindən vəsiqə qazanacaq ilk komandanın adı Türkiyədə bəlli olub. 

Günün yeganə qarşılaşmasında "Başakşəhər" Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gəlib. Ötən həftə səfərdə inamlı qələbə qazanan istanbullular evdə rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar.  

Qeyd edək ki, Azərbaycan təmsilçiləri sabah cavab matçına çıxacaqlar. Ölkə kubokunun qalibi olan "Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski", çempionatın bürünc mükafatçısı "Araz-Naxçıvan" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq. "Bayquşlar" səfərdə keçirdiyi ilk görüşdə 0:1 hesabı ilə uduzubsa, "qırmızı-ağlar" evdə böyükhesablı (0:4) məğlubiyyətə məruz qalıb.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust

20.00. "Başakşəhər" (Türkiyə) - "Vikinq" (Norveç) 1:1

Qollar: D.Selke, 40. - Onur Bulut (öz qapısına), 34.

Seçilən
10
fanat.az

1Mənbələr