Əcnəbilərin işə cəlbi üçün işəgötürən tərəfindən təqdim olunmalı sənədlər siyahısı qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Bura ərizə-anket, pasport surəti, ixtisas sənədi, tibbi arayış və hüquqi şəxsə aid sənədlər daxildir.
Sənədlər yalnız notariat qaydasında təsdiqlənmiş formada qəbul edilir.