Region Liqasında növbəti mövsümün nə vaxt start götürəcəyi bəlli olub.
Yarış son sezonla müqayisədə xeyli tez başlayacaq.
AFFA-dan əldə etdiyimiz məlumata görə, çempionatın sentyabrın sonu, oktyabrın əvvəlində başlaması planlaşdırılır.
Federasiya bu məqsədlə tezliklə qeydiyyat prosesini açıq elan edəcək. Liqada qüvvəsini sınamaq istəyən komandalara 1 ay vaxt veriləcək.
Onlar bu müddətdə tələb olunan bütün sənədləri hazırlayıb quruma təqdim eləməlidir. Region Liqasında son mövsüm 3 ayı əhatə edib.
Çempionat mart-may ayları ərzində keçirilib və qalib adını qazanan «Xankəndi» II Liqaya yüksəlib.
SPORTİNFO.AZ