AZ

“Təəssüf, kimsə qərar verdi ki, mən artıq komandanın bir parçası ola bilməyəcəm”

İtaliyalı qapıçı Canluici Donnarumma PSJ-dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqramdakı səhifəsində məlumat yayıb.

“Əziz PSJ azarkeşləri, klubda olduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda hər şeyi etdim.

Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq komandanın bir parçası ola və onun uğuruna töhfə verə bilməyəcəm.

Bu qərar məni məyus edir və kədərləndirir. Bu klubda oynamaq mənim üçün böyük şərəf idi”, - o yazıb.

26 yaşlı Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi. Komanda ilə birlikdə o, dörd dəfə Fransa çempionu, iki dəfə ölkə Kubokunun qalibi olub, ötən mövsüm parislilərlə Çempionlar Liqasının qalibi olub.

Son günlər qolkiperin adı bir neçə klub, o cümlədən, “Qalatasaray”la da hallanır.

Seçilən
4
sportinfo.az

1Mənbələr