ain.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Afrika, Kuba və Qrenada rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Bu gün Dövlət Departamenti Afrika, Kuba və Qrenada hökumət rəsmiləri, həmçinin onların ailə üzvlərinə qarşı viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib. Söhbət kubalı rejimin tibbi missiyalar sxemində iştirakdan gedir ki, bu çərçivədə tibb işçiləri yüksək qiymətə digər ölkələrə “icarəyə verilir” və əldə olunan gəlirin böyük hissəsi kubalı rəsmilərdə qalır”, – məlumatda qeyd olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.