AZ

Braziliya prezidenti ABŞ mallarına rüsumların artırılmasını istisna edir

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Braziliya ABŞ mallarına rüsumların qarşılıqlı şəkildə artırılması imkanını istisna edir və hazırda danışıqlar prioritet olaraq qalır.

APA xəbər verir ki, bunu Braziliyanın prezidenti Luiz İnasio Lula da Silva deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 30-da Braziliya məhsullarına rüsumları 50%-ə qaldıran, eyni zamanda təyyarə istehsalı, enerji və qismən kənd təsərrüfatı kimi strateji sektorlarda 700 istisnanın siyahısını təqdim edən sərəncam imzalayıb.

"Biz qarşılıqlı tədbirlər elan etmirik. Bu nöqtədə münasibətlərimizi pisləşdirə biləcək heç bir şey istəmirik. Hazırda biz yaxınlaşmağa çalışırıq", - Lula bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
3
apa.az

4Mənbələr