“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola şəxsən “Real”ın futbolçusu Rodriqonun transferi ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, “Siti”ın çalışdırıcısı 24 yaşlı braziliyalının transferində israrlıdır.
Digər tərəfdən keçid, yalnız “Mançester Siti”nin “Tottenhem”in maraq dairəsində olan braziliyalı cinah oyunçusu Savionun heyəti tərk edəcəyi təqdirdə baş tuta bilər.
Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O bu müddət ərzində 270 oyun keçirib, 68 qol vurub və 51 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 90 milyon avro qiymətləndirir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta