AZ

ABŞ da yağışlar səbəbindən 3 nəfər həyatını itirib

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Tennessi ştatında yağan güclü yağış və yaranan sel fəlakəti nəticəsində aralarında bir uşağın da olduğu 3 nəfər dünyasını dəyişib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hamilton Rayonu Fövqəladə Halların İdarə Olunması İdarəsinin sözçüsü Emi Maksvell məlumat verib. O bildirib ki, Tennessidə, Çattanuka bölgəsində yağan şiddətli yağış zamanı avtomobilin üzərinə ağac aşması nəticəsində biri uşaq olmaqla üç nəfər həyatını itirib.

Maksvell əlavə edib ki, bölgədə dəymiş ziyanın tam miqyası hələ müəyyən edilməyib, tezliklə aidiyyəti qurumlar ziyanı qiymətləndirəcək.

Güclü yağış və sel səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub.

Ləman İlkin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr