AZ

”Mercedes”lə qırmızıdan keçən sürücü yolayrıcında motosiketçini vurub havaya uçurdu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşıqforun qırmızı işığından keçən sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Belə ki, "666" dövlət nömrə nişanlı ağ rəngli "Mercedes" markalı minik avtomobili svetoforun qırmızı işığından keçərək yol kəsişməsində yüksək sürətlə hərəkətə olan motosikletlə toqquşub.

Zərbənin təsirindən motosikletçi bir neçə metr havada uçaraq yol kənarına düşüb.

Qəza nəticəsində ağır xəsarətlər alan motosiklet sürücüsü xəstəxanaya aparılıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
avtosfer.az

1Mənbələr