BAKI, 14 fevral. TELEQRAF
"Könüllülər koalisiyası"na daxil olan ölkələr münaqişənin həlli ilə bağlı mümkün razılaşma çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün hər hansı məhdudiyyətin qoyulmasına qarşı olduqlarını bəyan ediblər.
Teleqraf xəbər verir ki, bu barədə koalisiya ölkələrinin Böyük Britaniya hökumətinin saytında dərc olunan birgə bəyanatında deyilir.
Müttəfiqlərin fikrincə, Kiyev “etibarlı təhlükəsizlik zəmanəti” və üçüncü ölkələrin dəstəyi ilə sərbəst silahlanma hüququ əldə etməlidir.
Bundan əlavə, avropalılar bəyan ediblər ki, Rusiya Ukraynanın Aİ və NATO-ya daxil olmasına veto qoya bilməz.