AZ

Volqoqradda neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib

Avqustun 14-ü gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad şəhərinə hücum edib, nəticədə "Lukoil-Volqoqradneftepererabotka" neft emalı zavodunun ərazisində yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib.

"Volqoqrad vilayətindəki neft emalı zavodunda yanğın və neft məhsullarının sızması PUA hücumundan sonra qalıqların düşməsi səbəbindən baş verib", - qubernator bildirib.

Hücum səbəbindən "Rosaviasiya" yerli hava limanını müvəqqəti olaraq bağlayıb.

Qeyd edək ki, "Lukoil-Volqoqradneftepererabotka" zavodu Rusiyanın Cənub federal dairəsində neft məhsullarının ən böyük istehsalçısıdır, müəssisənin gücü 14,8 milyon tondur.

Seçilən
78
3
report.az

3Mənbələr