AZ

Cənubi Koreya ilə Vyetnam "K9" özüyeriyən haubitsalar haqqında müqavilə imzalayıblar

Bakı. Trend:

Cənubi Koreya və Vyetnam 20 ədəd Cənubi Koreyanın "K9"özüyeriyən artilleriya qurğusunun tədarükü üçün 250 milyondollarlıq müqavilə imzalayıb.

Trend-inməlumatına görə, bu barədə "Yonhap" agentliyi hərbi sənayekompleksindəki mənbələrə istinadən xəbər verib.

Qeyd olunub ki, Cənubi Koreyanın "Hanwha Aerospace" şirkətiVyetnamla müqaviləni iyulun sonunda imzalayıb. Cənubi Koreyaəvvəllər istismardan çıxarılan hərbi texnikanı Vyetnama köçürüb,lakin bu, ilk ixrac müqaviləsidir.

Vyetnam "K9" özüyeriyən silahı istifadə edən 11-ci ölkə olacaq.Bu ölkələrə Koreya Respublikası ilə yanaşı, Avstraliya, Misir,Hindistan, Norveç, Polşa, Rumıniya, Türkiyə, Finlandiya və Estoniyada daxildir. "K9" ilk dəfə olaraq Cənub-Şərqi Asiya ölkələrinəçatdırılacaq.

Seçilən
19
1
az.trend.az

2Mənbələr