AZ

Böyük Britaniya Ukraynada hərbi kontingent yerləşdirmək planından imtina edib

Londonda döyüşlər bitdikdən sonra “dəstək qüvvələri” missiyası nəzərdən keçirilir...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın hərbi rəhbərliyi Ukraynanın liman və şəhərlərini qorumaq üçün 30 minlik hərbi kontingent yerləşdirmək planından imtina edib. Bunun əvəzində döyüş əməliyyatları başa çatdıqdan sonra “dəstək qüvvələri”nin yerləşdirilməsi planı müzakirə olunur. Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Yeni, “daha realistik missiya”nı Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə keçirdiyi onlayn konfransın nəticələrinə dair mətbuat brifinqində təqdim edib.

Yeni plana əsasən, Qərbi Ukrayna üzərində hava təhlükəsizliyinin təmin edilməsi, Ukrayna hərbçilərinin hazırlığında dəstək və Qara dənizin minalardan təmizlənməsi nəzərdə tutulur. Britaniyanın “dəstək qüvvələri”nə logistika, silahlanma və təlim üzrə mütəxəssislər daxil olacaq, lakin onlar cəbhə xəttindəki qoşunların təchizatı ilə məşğul olmayacaqlar. Bu qüvvələrin əsas rolu Ukraynanın quru qoşunlarının “bərpası və yenidən təşkilinə” yardım etməkdir.

Kir Starmer həmçinin vurğulayıb ki, Böyük Britaniya Rusiyaya, xüsusilə də onun iqtisadiyyatına qarşı təzyiqi artırmağa, lazım gələrsə sanksiyalar və daha geniş tədbirlər tətbiq etməyə hazırdır.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr