UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" pley-off mərhələsinə vəsiqə uğrunda "Levski" ilə oyuna çıxacaq.
Bolqarıstan təmsilçisinə səfərdə son dəqiqələrdə buraxdığı qolla minimal hesabla uduzan "bayquşlar" cütün taleyini Bakıda həll eyməyə çalışacaq.
Saat 20:00-da start götürəcək qarşılaşmanın start fitini ukraynalı FİFA referisi Mikola Balakin səsləndirəcək.
Qeyd edək ki, "bayquşlar" mərhələ adlasa, pley-offda "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
14 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
Hakim: Mikola Balakin (Ukrayna).
Masazır. "Bank Respublika Arena".