ABŞ avqustun 20-dək Rusiyaya qarşı sanksiyaları yumşaldır.
Rusiya və ABŞ liderlərinin Alyaskada görüşünün təşkili üçün zəruri olan və antiRusiya sanksiyaları çərçivəsində qadağan edilən bütün əməliyyatlara avqustun 20-dək icazə verilir.
Editor.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sənəddə deyilir: “Zərərli xarici fəaliyyət və Ukraynaya, Rusiyaya qarşı sanksiyalarla bağlı sanksiyalar çərçivəsində qadağan edilmiş, lakin ABŞ hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Alyaskada danışıqlarda iştirak və ya dəstək üçün zəruri və rutin olan bütün əməliyyatlara avqustun 25-i saat 00:01-ə qədər icazə verilir”.
//Gülnarə Abasova, Editor.az