AZ

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Bakı.Trend:

Avqustun 16-ı və 17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkasıkeçiriləcək.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həmyerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm dəşəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasınıhədəfləyir.

Qeyd edilib ki, tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən20 rayondan 30-a yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxınçeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinəbirbaşa təqdim edəcəklər. Məhsulların təhlükəsizliyinə vəkeyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarətedəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyətgöstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsullarıyerindəcə analiz etdirə biləcəklər.

Məlumata görə, yarmarka saat 09:00-dan 19:00-dək, iki günərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında(“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.İştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacibavadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

Seçilən
36
36
az.trend.az

10Mənbələr