Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir.
Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.