Musavat.com region rəhbəri Andrey Boçanovun Telegram kanalında açıqladığı məlumata istinadən xəbər verir ki, "PUA qalıqları"nın düşməsi nəticəsində Volqoqrad vilayətində neft emalı zavodunda neft məhsullarının dağılması və yanğın baş verib: "Bu gecə Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Volqoqrad vilayəti ərazisinə iri PUA-nın hücumunu dəf edib. Dağıntıların düşməsi nəticəsində Volqoqrad Neft Emalı Zavodunda neft məhsullarının dağılması və yanğın baş verib".
Boçanovun dediyinə görə, hücum nəticəsində xəsarət alan olmayıb; Hadisə yerində yanğınsöndürənlər işləyir.
Baza Telegram kanalının məlumatına əsasən Volqoqrad sakinləri Krasnoarmeysk istiqamətində bir neçə güclü partlayış olduğuna dair məlumat veriblər.