Rusiya və ABŞ dövlət başçıları Vladimir Putin və Donald Trampın görüşündə rus və amerikan mətbəxinin notlarını müasir formada ahəngdar birləşdirən yeməklərin təqdim ediləcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə RT telekanalına PR agentliyinin icraçı direktoru İlya Bereznyuk məlumat verib.
Onun sözlərinə görə, belə tədbirlərin menyusu çox vaxt yerli kulinariya elementləri ilə zənginləşdirilir. Alyaska kontekstində çox güman ki, dəniz məhsulları delikateslərindən, yabanı ov ətindən, o cümlədən keyik ətindən, həmçinin ABŞ-ın şimalındakı yerli xalqların kulinariya ənənələrinə xas olan inqrediyentlərdən istifadə oluna bilər.
Çox güman ki, qonaqlara kral xərçəngindən və qızılbalıqdan hazırlanmış yeməklər təqdim olunacaq. Dəniz məhsulları qəlyanaltıları və şorbaları, ədviyyatlarla bişmiş sığın, desert üçün isə şimal giləmeyvəsi ilə hazırlanmış “Eskimo dondurması” kimi tanınan klassik akutak da mümkündür.