İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
Publika.az xəbər verir ki,Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " Yelo Bank ASC " olub. Bank 3,03 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, "Unibank" 2,21 şikayət indeksi ilə sarı zolaq, yəni orta şikayət indeksində sıralanıb. Bu təsnifat üzrə " "Accesbank"ın şikayət indeksi 1,79, "AFB Bank" ASC-nin 1,62, "Expressbank"ın isə 1,33 olub.