AZ

Telefon, kompüterlərdən və s. köhnə şəkil və məktubları silməklə suya qənaət edə bilərik...-AĞLASIĞMAZ

Böyük Britaniya hökuməti vətəndaşlara qeyri-adi müraciət edib:  telefon, kompüterlərdən və s. köhnə fotoşəkilləri, elektron məktubları və digər lazımsız faylları silmək. 
 
Moderator.az xəbər verir ki, bu haqda "Meduza" nəşri məlumat yayıb.
 
Rəsmilərin fikrincə, bu, artıq “ümummilli əhəmiyyət daşıyan hadisə” kimi tanınan su çatışmazlığı ilə mübarizədə kömək edə bilər.
 
Ölkədə genişmiqyaslı quraqlıq qeydə alınıb: 5 rayon rəsmi olaraq onun başlandığını elan edib, daha 6 rayonda isə “uzunmüddətli quraqlıq” müşahidə olunur. Çaylarda və su anbarlarında suyun səviyyəsi azalmaqda davam edir. Ətraf Mühit Agentliyinin direktoru Helen Veykhem "Kranı bağlamaq və ya elektron poçtları təmizləmək kimi sadə həllər suya olan tələbatı azaltmağa və çayları və vəhşi təbiəti sağlam saxlamağa kömək edə bilər", - deyə bildirib.
 
Milli Quraqlıqla Mübarizə Qrupunun məlumatına görə, tövsiyələrə əməl etməklə artıq iyul ayındaki pik ilə müqayisədə suya tələbat 20% azalıb. Bununla belə, ekspertlər, xüsusən də nəhəng məlumat mərkəzləri tələb edən süni intellektin sürətli inkişafı fonunda faylların silinməsinin nəzərəçarpacaq effekt verəcəyinə şübhə edirlər. Ənənəvi soyutma üsulları ilə bu cür məlumat mərkəzləri ildə 25 milyon litrdən çox su istifadə edir.
 
Texniki şirkətlər alternativlər axtarır: Məsələn, "Microsoft" serverləri dənizin dibinə yerləşdirmək və onları xüsusi maye dolu vannalara batırmaqla təcrübə keçirib.
Seçilən
37
moderator.az

1Mənbələr